Amerikalı basketbolçu oyunlardan kənarlaşdırıla bilər

25.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

ABŞ-nin "Filadelfiya" klubunun basketbolçusu Joel Embiid hakim Cenna Şröderə qarşı aqressiv davranışına görə maliyyə sanksiyaları tətbiq edilə və o, oyunlardan kənarlaşdırıla bilər.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Hadisə Milli Basketbol Liqasında (NBA) Filadelfiya klubunun "San-Antonio"ya qarşı matçında (111:106) baş verib. Basketbolçu rəqib komandanın oyunçusu Viktor Vembanyamaya qarşı qaydanı pozsa da, hakimin qərarı ilə razılaşmayıb və mübahisə etməyə başlayıb.

Söhbət tezliklə mübahisəyə çevrilib və oyunçu iki texniki folla meydandan kənarlaşdırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью