Amerikalı basketbolçu: “Sumqayıtda həyatdan həzz alıram” | Icma.az
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq. “Sumqayıt”ı çox sevdim”.
İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın basketbolçusu Eli Lourens klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Amerikalı forvard komandaya adaptasiyasından danışıb: “Özümü burada ailənin bir üzvü kimi hiss edirəm.
Baş məşqçimiz Vadim Kuramşın döyüşkən kollektiv formalaşdırıb. Hər şeydən razıyam və burada olduğuma görə şadam”.
Lourens məhsuldarlıq yarışında komanda yoldaşı Zayon Yanqla rəqabətindən də danışıb: “Bizim aramızda heç bir rəqabət yoxdur.
Bura basketbol oynamağa və xal qazanmağa gəlmişik. Həm Yanq, həm də mən meydana çıxıb sadəcə öz işimizi görürük.
Məqsəd qələbə qazanmaq və “Sumqayıt”ı turnir cədvəlində üst sıralara daşımaqdır.
Yanqın bir oyunda məndən çox xal toplamasına qıcıqlanmıram”. Eli Sumqayıtla Bakını da müqayisə edib: “Sumqayıtı çox bəyənirəm.
Tam oxu
Xəbəri oxu