Amerikalı diplomat: Suriyadakı vəziyyət Hizbullahı daha da zəiflədə bilər

08.12.2024

Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerikalı diplomat: Suriyadakı vəziyyət "Hizbullah"ı daha da zəiflədə bilər

Müxalif qüvvələrin hökumət mövqelərinə hücum etdiyi Suriyadakı vəziyyət "Hizbullah" hərəkatını daha da zəiflədə bilər.

"Report" xəbər verir ki, bunu Doha Forumunda çıxışı zamanı ABŞ-ın İsrail üzrə xüsusi nümayəndəsi Amos Hohşteyn deyib.

"Düşünürəm ki, Suriyada baş verən hadisələr "Hizbullah" üçün zəifliklər yaradır, çünki Suriyadakı mövcudluğunu azaldan İranın Livan hərəkatını silahla təmin etməsini xeyli çətinləşir".

Amerikalı diplomat həmçinin bildirib ki, "Hizbullah" Livan daxilində çox güclü təşkilat olaraq qalır.

Eyni zamanda, Hohşteyn hərəkatın İsrailə müqavimət göstərmək və ya silahlı qruplaşmalarla mübarizədə Suriyaya dəstək vermək qabiliyyətini itirdiyinə əminliyini ifadə edib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью