Amerikalı diplomatlar İsrail tərk edə bilmir

03.03.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ-nin İsraildəki səfirliyi Amerika vətəndaşlarını hazırda təxliyə edə bilmədiklərini və ölkədən ayrılmaları məsələsində birbaşa yardım göstərə bilməyəcəklərini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hücumları davam edərkən, səfirlik internet saytı vasitəsilə ABŞ vətəndaşlarına müraciət yayımlayıb.

Açıqlamada bölgədəki mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar səfirliyin bütün ABŞ hökuməti işçilərinə və ailələrinə növbəti bildirişə qədər evlərində və ya evlərinin yaxınlığında qalmaları barədə çağırış etdiyi bildirilib.

"ABŞ Səfirliyi hazırda amerikalıları təxliyə edə bilmir və ya İsraildən ayrılmaları mövzusunda onlara birbaşa köməklik göstərmək iqtidarında deyil", - ifadəsinin yer aldığı bəyanatda amerikalıların Misir və ya İordaniya vasitəsilə quru yolu ilə İsraili tərk edə biləcəkləri qeyd olunub.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью