Amerikalı dirijor Sixto Montesinos’un rəhbərliyi ilə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konserti baş tutdu FOTO

04.06.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti baş tutdu.

Amerikalı dirijor Sixto Montesinos'un rəhbərliyi ilə (konsertmeyster Üzeyir Məmmədov) Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri dinləyicilər qarşısında çıxış etdi.

Proqramda E.Elgar simlilər üçün serenada e-moll (op.20), İ.S.Bach 3 nömrəli orkestr süitasından "Air" D-dur, N.J.Don Juan  " A su merced Don Jose" və B.Britten "Sadə simfoniya" (op.4) səsləndi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью