Icma.az, Azertag portalına istinadən məlumat verir.
Vaşinqton, 28 yanvar, AZƏRTAC
Dəhliz və ölkələr arasında digər münasibətlər inkişaf etdikcə, ABŞ ilə Azərbaycan və Ermənistan arasında davamlı etimadın artdığını görəcəyik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xəzər Siyasət Mərkəzinin tədqiqat direktoru Erik Rudenşold deyib. O, TRIPP layihəsi ilə bağlı imzalanmış çərçivə sənədinin çox böyük əhəmiyyət kəsb etdiyini və bir sıra növbəti addımları müəyyən etdiyini bildirib.
“Son bir neçə ayda region ölkələri arasında gömrük, enerji və qida baxımından əməkdaşlığın gücləndiyini gördük ki, bu da paytaxtlarda bir-biri ilə əlaqə qurmaq istəyinin artdığını göstərir. TRIPP layihəsi göstərir ki, Vaşinqton uzun müddətdir davam edən bu problem üzərində işləmək və həll yolunu tapmağa kömək etmək üçün davamlı öhdəlik və iştiraka malikdir. Mən qarşıdakı ilə çox nikbin baxıram. Düşünürəm ki, biz bəzi yaradıcı həllərə şahid olacağıq”, - deyə ekspert əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton