Amerikalı general: “ABŞ ilanın başını üzmək istəyir

28.01.2026

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, hazırda hərbi analitik kimi fəaliyyət göstərən Cek Kinə görə, son günlər ABŞ bölgəyə əlavə qüvvələrin—ilk növbədə dəniz qüvvələrinin, o cümlədən aviadaşıyıcıların hücum qrupları və onları müşayiət edən bütün vasitələrin—yerləşdirilməsini gözləyirdi.
Onun sözlərinə görə, bu qüvvələr İranın mümkün cavab zərbələrini dəf etməyə və ABŞ bazalarını, eləcə də İsraili qorumağa kömək edə biləcək hava hücumundan müdafiə (HHM) sistemlərinə malikdir.
“ABŞ-ın aviasiyası da bölgədəki müxtəlif hava bazalarına çoxlu sayda təyyarə, eləcə də əlavə HHM vasitələri yerləşdirib. İlanın başını kəsmək lazımdır. Əslində, rejimin özü ilandır və məqsəd bu rəhbərliyin uzaqlaşdırılmasıdır ki, hansısa keçid prosesi başlasın”, – istefada olan amerikalı general vurğulayıb.
Tramp: “İran ətrafında vəziyyət dəyişkəndir” Bununla belə, Cek Kin diqqətə çatdırıb ki, qoşunlar yeridilməsə, Vaşinqton bu variantı demək olar ki, nəzərdən keçirmir və İrana yalnız zərbələr endirilməsi yetərli olmayacaq. Amma istənilən halda, belə addımların atıla bilməsi təhdidinin özü İranın ali dini lideri Əli Xamneyinin ətrafındakı qətiyyəti zəiflətməlidir.
Generalın iddiasına görə, indiki rejim 1980-ci ildə hakimiyyətə gəlişindən bəri siyasi, iqtisadi və hərbi cəhətdən zəif olan İranı indi ən həssas vəziyyətə gətirib.
Cek Kin İran rəhbərliyinə təzyiqi devrilmiş Venesuela prezidenti Nikolas Maduronun ətrafındakı vəziyyətlə müqayisə edib. Onun fikrincə, ABŞ müvafiq əməliyyatlardan əvvəl Venesuela rəhbərliyi ilə qarşılıqlı əlaqədə olduğu kimi, digər ölkələrdə də ayrı-ayrı liderlərlə əlaqə saxlayır.
Xatırladaq ki, bundan əvvəl Amerika lideri Donald Tramp “Axios” portalına müsahibəsində Vaşinqtonun regiona “kütləvi armada” göndərdiyini, Tehran isə, həqiqətən razılığa gəlməkdə maraqlı olduğunu bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью