GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ daxilində Ukrayna münaqişəsinin həlli istiqamətində yeni diplomatik təşəbbüslər üzərində müzakirələr aparılır və bu çərçivədə bir qrup amerikalı generalın yaxın günlərdə Moskvaya səfəri mümkündür.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Mənbə yazır ki, bu səfərin məqsədi ABŞ-ın təklif etdiyi sülh planının şərtlərini rus tərəfi ilə müzakirə etməkdir. Nəşrin qeydinə görə, səfər böyük ehtimalla gələn həftənin sonunda baş tuta bilər və bu proses Vaşinqtonun münaqişəni diplomatik yolla həll etmək cəhdlərinin yeni mərhələsi kimi qiymətləndirilir.
Bu məlumatlarla paralel olaraq noyabrın 20-də ukraynalı deputat Aleksey Honçarenko Donald Tramp administrasiyasının hazırladığı 28 bəndlik sülh planını ictimaiyyətə təqdim edib.
“Financial Times” yazır ki, Ukrayna rəsmiləri sənədə sərt reaksiya veriblər və onu hazırkı şəkildə qəbul edilməz adlandırıblar. Buna baxmayaraq, Vaşinqtonun Kiyevdən sənədi noyabrın 27-dək imzalamasını gözlədiyi qeyd olunur.
Tahir Turan