Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
...ABŞ-ın müdafiə naziri Pit Heqset və onun əməkdaşları veteranlar günündə Naməlum əsgərin məzarını ziyarət edərkən gülüb yüksək səslə danışdıqları üçün Arlinqton qəbiristanlığındakı mühafizəçi tərəfindən yüksək səslə danlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə National Interest yazır.
Mərasimdən sonra Heqset və köməkçiləri abidə önündə xatirə şəkli çəkdirmək üçün dayanıblar. Qrupa həyat yoldaşı Cennifer Heqset, aparat rəhbəri Ricki Buria, onun müavini Patrick Veaver və baş məsləhətçi Tami Radabaugh daxil imiş. Sosial şəbəkələrdə yayılan videoda onların məzardan uzaqlaşarkən danışdıqları və güldükləri eşidilir.
Və qəbiristanlıq gözətçisi dərhal qışqırıb: "Bütün ziyarətçilər hər zaman səssiz və hörmətli olmalıdırlar!"
Qeyd edilir ki, insident Heqsetin Nümayəndələr Palatasında impiçmentdən qaçmasından bir gün sonra baş verib.
Qəbir 24 saat Köhnə Qvardiya kimi tanınan 3-cü Piyada Alayının üzvləri tərəfindən qorunur və onlar istənilən ziyarətçiyə şərh vermək hüququna malikdirlər.
Nəşr qeyd edir ki, orada qışqırmaq qeyri-adi deyil, lakin nazirə qarşı belə sərt tonda qışqırmaq qeyri-adidir.
Keçmiş Respublikaçı Konqresmen, Hərbi Hava Qüvvələri veteranı Adam Kinzinger yazır ki, “Bu, həqiqətən də iyrəncdir.”
Ohayodan olan Demokrat konqresmen Şontel Braun hadisəni biabırçılıq adlandırıb.
Pentaqonun baş sözçüsü Sean Parnell bildirib ki, katib və bütün departament “hərbçilərin Amerikanın təhlükəsizliyini qorumaq üçün verdiyi fədakarlıqlara həmişə hörmət ediblər və edəcəklər”.
Əli Babayev