Icma.az, sport24.az saytına istinadən bildirir.
Folarin Baloqunun "Everton"a transferinin baş tutmamasının səbəbi bəlli olub. Sport24.az "The Athletic"ə istinadən xəbər verir ki, "Everton" 25 yaşlı hücumçunun tibbi müayinəsi zamanı müəyyən problemlər aşkarlayıb. Bundan sonra İngiltərə klubu "Monako" ilə transfer məbləğinin yenidən müzakirə edilməsini istəyib.
"Everton" keçidin tamamlanması üçün transfer müddətinin uzadılmasını da tələb edib. Lakin sonradan Balogun özü bu transferi davam etdirməmək qərarına gəlib.
Məlumata görə, keçidin ümumi məbləği bonuslarla birlikdə 59 milyon dollara yaxın olmalı idi.
Qeyd edək ki, Balogun son üç mövsümdə "Monako"nun heyətində 91 oyunda 31 qol vurub və 9 məhsuldar ötürmə edib.