Icma.az, Bizimyol saytına istinadən bildirir. Konqresmen Toni Qonzales (Texasdan Respublikaçı) qurulacaq hökumətdəki nüfuzuna görə Elon Mask
Bizimyol.info xəbər verir ki, bu barədə Qonzales "CBS News"a müsahibəsində deyib.
“Prezidentimiz var, vitse-prezidentimiz var, spikerimiz var. Hiss olunur ki, İlon Mask bizim baş nazir olacaq”, - deyə konqresmen qeyd edib.
CNN-in qeyd etdiyi kimi, Mask ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasında görünməmiş səlayiyyətə malik olacaq şəxs rolunu oynayır.
ABŞ-ın bir sıra qanunvericiləri də Maskın hərəkətləri və administrasiyanın qərarlarına təsiri səbəbindən xaos riski barədə xəbərdarlıq ediblər.
“Biz sadəcə olaraq seçilmiş prezident Trampı səhər saat 4-də "X"də qəzəblə tvit yazan milyarder kimi görməyəcəyik.
Onun yerinə ölkəmiz üçün çox mürəkkəb və vacib məsələləri həll etməyimizə qeyri-sabitlik gətirəcək Elon Maskı görəcəyik”, - deyə CNN-də Delaver ştatından olan Demokrat senator Kris Kuns bildirib.
Daha əvvəl "The Washington Post" qəzeti yazıb ki, Mask federal hökumətin maliyyələşdirilməsi üçün qanun layihəsinin qəbulu prosesinə müdaxilə etdikdən sonra ABŞ-ın "kölgə prezidenti" adlandırılıb.