“Amerikalı kürəkən” yenidən səhnədə

04.11.2024

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 9-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında ən maraqlı tamaşalardan olan “Amerikalı kürəkən” növbəti dəfə nümayiş olunacaq.

Teatrdan bildirilib ki, ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamaldır.

Komediya janrında hazırlanan tamaşa yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri və görkəmli bəstəkar Ramiz Mirişlinin musiqiləri əsasında hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью