Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 9-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında ən maraqlı tamaşalardan olan “Amerikalı kürəkən” növbəti dəfə nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamaldır.
Komediya janrında hazırlanan tamaşa yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri və görkəmli bəstəkar Ramiz Mirişlinin musiqiləri əsasında hazırlanıb.