Amerikalı nazir qarət olundu

22.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Naməlum şəxs Vaşinqtonda ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemin çantasını oğurlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Hadisə K.Noemin nahar etdiyi restoranda baş verib. Çantada sürücülük vəsiqəsi, dərmanlar, mənzilin açarları, pasport, kosmetika qabı və təqribən üç min dollar (5 100 manata yaxın - red.) nağd pul olub.

Kamera görüntülərindən çantanın tibbi maska ​​taxan naməlum ağdərili şəxs tərəfindən oğurlandığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью