Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

22.11.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

TRİPP dəhlizinin tam şəkildə işə düşməsi Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda deyib.

ABŞ-ın daxili təhlükəsizlik naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı və bu xüsusda Prezident Donald Trampın rolunu qeyd etdi.

Markveyn Mullin TRİPP layihəsinin əhəmiyyətinə toxunaraq, bu dəhlizin tam şəkildə işə düşməsinin Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğuladı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью