“Amerikalı Nostradamus”dan nüvə müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

26.10.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nostradamusun proqnozlarını araşdıran amerikalı Con Houq 2028-ci ilə qədər dünyada nüvə münaqişəsi və ABŞ-da ciddi iqtisadi böhran baş verə biləcəyini iddia edib. 
Bizim.Media xəbər verir ki, onun fikirləri UNIAN-ın “The Economic Times” nəşrinə istinadən yaydığı materialda yer alıb.
 

Houqun iddiasına görə, ABŞ-la İran arasında gərginlik nüvə zərbəsinə, Rusiya ilə NATO arasındakı qarşıdurma isə daha geniş müharibəyə səbəb ola bilər. O, həmçinin Qərbi Asiyada enerji böhranı və ABŞ-ın qlobal gücünün zəifləyəcəyini proqnozlaşdırıb.


Qeyd edək ki, bu fikirlər qədim mətnlərin və astroloji dövrlərin Houq tərəfindən şərhinə əsaslanır.
Belə proqnozların elmi təsdiqi yoxdur və onların etibarlı gələcək proqnozları kimi qəbul edilməsi düzgün deyil.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью