futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” basketbol klubu daha bir amerikalı legionerin keçidini rəsmiləşdirib.
Futbolpress.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi 26 yaşlı mərkəz oyunçusu Aleks Holtla mövsümün sonunadək nəzərdə tutulan rəsmi müqavilə imzalayıb.
Boyu 205 sm olan amerikalı basketbolçu ABŞ-də “Mercer” Universitetini bitirdikdən sonra peşəkar karyerasına Gürcüstan çempionatında start verib. Holt son olaraq qonşu ölkənin “Telavi” klubunun şərəfini qoruyub.
Təcrübəli mərkəz oyunçusu “Telavi”nin heyətində meydanda olduğu qarşılaşmalarda orta hesabla 7,4 xal və 7 ribaund göstəriciləri ilə diqqət çəkib.