Amerikalı politoloq: Azərbaycan Cənubi Qafqazda ABŞ ın əsas tərəfdaşıdır

27.01.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycan regional təhlükəsizlik baxımından Cənubi Qafqazda Amerika Birləşmiş Ştatları üçün strateji əhəmiyyət daşıyır. Bunu AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və Dünya” proqramının növbəti buraxılışında amerikalı politoloq Ceyson Epstayn söyləyib.

Onun sözlərinə görə, Prezident Donald Trampın administrasiyası destruktiv xarici təsirlər fonunda regionda sabitliyin təmin olunmasında Azərbaycanı ən mühüm tərəfdaşlardan biri kimi yüksək qiymətləndirir. Ekspert vurğulayıb ki, Azərbaycan Qərbin enerji təchizatının diversifikasiyasında, yeni tranzit əlaqələrinin yaradılmasında və mövcud əlaqələrin modernləşdirilməsində, eləcə də ənənəvi qeyri-sabit olan regionda sabitliyin möhkəmləndirilməsində əsas rol oynayır. Bundan əlavə, Azərbaycanla əməkdaşlıq, xüsusilə Tramp administrasiyasının məsuliyyət yükünün bölüşdürülməsinə diqqət yetirdiyi və potensial rəqiblərə inamla müqavimət göstərməyə hazır etibarlı tərəfdaşlar axtardığı şəraitdə ABŞ-ın bəyan etdiyi prioritetlərə tam uyğundur.

Epstayn bir neçə gün əvvəl Davosda Donald Trampla və İlham Əliyev arasında keçirilən görüşə də diqqət çəkib. Onun fikrincə, bu görüş Azərbaycanın Vaşinqton üçün əhəmiyyətinin ayrıca təsdiqidir.

Eyni zamanda, politoloqun fikrincə, Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni yaradılmış Sülh Şurasının tərkibinə daxil olmaq üçün dəvət edilməsi və onların bu dəvəti qəbul etməsi düzgün istiqamətdə irəliləyişdən xəbər verir, baxmayaraq ki, qarşıda hələ də böyük işlər var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью