Amerikalı pop musiqi əfsanəsi vəfat etdi

17.07.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1950-1960-cı illərin pop-musiqi əfsanəsi sayılan və dünyada “Pretty Little Baby” mahnısı ilə məşhur olan Konni Frensis 87 yaşında vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, müğənni iki həftə əvvəl çanaq nayihəsində “kəskin ağrılarla” əlaqədar xəstəxanaya müraciət etmişdi. Həkimlər bu ağrının “sınıqla əlaqəli olduğunu” demişdilər.

Hələlik ölümün rəsmi səbəbi açıqlanmır.

Qeyd edək ki, Konni Frensis 1950-60-cı illərdə Yaponiya, ABŞ, Almaniya, Böyük Britaniya və başqa ölkələrdə ən uğurlu pop-musiqi ifaçılarından hesab olunurdu. O “Billboard Hot 100” çartında birinci yer tutan ilk qadın müğənni kimi tarixə düşüb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью