Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Amerikalı rejissor və ssenarist Cim Abrahams vəfat edib.
Axşam.az xəbər verir ki, rejissor 80 yaşında Santa Monika şəhərindəki evində dünyasını dəyişib.
Qeyd edək ki, Abrahams karyerası ərzində 20-dən çox məşhur filmin yaradılmasında iştirak edib. O, Deyvid və Cerri Zuker qardaşları ilə komediya və parodiya janrında işləyib.
Abrahams "Təyyarə" (1980), "Tamamilə məxfi" (1984), "Qaynar başlar" (1991), "Böyük biznes" (1988) filmlərinin rejissor kürsüsündə əyləşib.