Amerikalı repçinin Rusiyadakı konsertləri ləğv edildi Səbəb

01.10.2026

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Skandalları ilə tanınan amerikalı repçi Kanye Uestin Sankt-Peterburqda keçirilməsi planlaşdırılan iki konserti rəsmən ləğv edilib.
Kulis.az xəbər verir ki, moskvalı təşkilatçı "Say Agency" şounun təxirə salındığını və biletlərin geri qaytarılacağını təsdiqləyib.
Konsertlərin ləğv edilməsinə səbəb rəsmi icazələr alınmadan bilet satışına başlanılması və Moskvadan gələn xüsusi göstəriş olub.
Rusiya hüquq-mühafizə orqanları konsert təşkilatçıları barəsində mümkün fırıldaqçılıq maddəsi ilə araşdırmaya başlayıb.
Xatırladaq ki, 2022-ci ildən bəri antisemitik bəyanatları və nasizm rəmzlərindən istifadə etməsi səbəbilə Avropa, Avstraliya və Braziliyada qadağalarla üzləşən repçinin Rusiyadakı çıxışı da bəzi rusiyalı siyasətçilərin kəskin etirazına səbəb olmuşdu.

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью