Amerikalı “şaman”dan çağırış: ABŞ və Rusiya onlara qarşı birgə işləməlidir

07.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Kapitolidən olan “şaman” kimi tanınan amerikalı bloger Ceykob Çensli hesab edir ki, ABŞ və Rusiya birgə işləməlidir.

Publika.az xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə bildirib.

“Biz qlobalistlərin nəzarətində olan dünyanı, şübhəsiz ki, istəmirik və düşünürəm ki, Amerika və Rusiya ən azından Tramp administrasiyası dövründə bu barədə razılığa gələ bilərlər.

Bilirsiniz, mən ümid edirəm ki, onların qarşılıqlı firavanlığa və qlobalizmin sona çatmasına nail olmaq üçün birlikdə işlədiyini görəcəyəm”, – deyə Ceyk Anjeli kimi tanınan Çaesli bildirib.

Tural

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью