Amerikalı senator: ABŞ İrana qoşun göndərməyəcək

22.06.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra bu ölkədə quru əməliyyatı planlaşdırmır.”

APA xəbər verir ki, bunu Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Cim Riş deyib.

"Prezident Donald Tramp İranın nüvə proqramını dayandırmaq səylərində İsrailə kömək etmək üçün bu gün qəti addımlar atdı. Yalnız ABŞ silahları bunu etməyə qadir idi. Bu, ABŞ, İsrail və bütün dünyanı daha təhlükəsiz etdi", - senator qeyd edib.

O vurğulayıb ki, uzun sürən müharibədən söhbət getmir. "Bu, sonsuz müharibənin başlanğıcı deyil. İranda Amerika əsgərləri olmayacaq", - Riş əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью