Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, ABŞ-nin Massaçusets ştatından seçilmiş demokrat-senator Elizabet Uorren belə bəyanatla çıxış edib.
“Əslində, tarif qərarını Konqres təsdiqləməlidir. Konqres Donald Trampa iqtisadiyyatla bağlı fövqəladə səlahiyyətlər verib, lakin o, sadə səs çoxluğu ilə fövqəladə vəziyyətin olmadığını təsdiqləyə bilər. Bununla da Trampın bütün bu tarifləri tətbiq etməsinə mane olar”, - xanım senator “MSNBC” telekanalının efirində deyib.
“Tramp tarifləri” dünya iqtisadiyyatını çökdürür
Onun iddiasına görə, indi bütün demokratlar Birləşmiş Ştatların fövqəladə vəziyyətdə olmadığını bəyan etməyə hazırdırlar. Onlar Fransa, Kanada, İtaliya, Yaponiya və ya Cənubi Koreya ilə müharibə aparmırlar. Əgər bir neçə respublikaçı demokratları dəstəkləsə, onlar Donald Trampın yaratdığı və ABŞ iqtisadiyyatını uçuruma sürükləyən bu tarif fəlakətinə son qoymaq üçün kifayət qədər gücə malik olacaqlar.
Xatırladaq ki, aprelin 3-də əlverişsiz iqtisadi vəziyyət və ticarət kəsiri ilə əlaqədar Donlad Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib ki, bu da Amerika administrasiyasına digər ölkələrdən idxal olunan mallara rüsumlar qoymağa imkan verir.
Bundan bir gün əvəvl isə, ABŞ prezidenti 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq olunduğunu açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-də qüvvəyə minib, müxtəlif ölkələr üzrə fərdi tariflər isə aprelin 9-dan tətbiq olunmağa başlayacaq. Bundan əlavə, Tramp administrasiyası aprelin 3-dən bütün avtomobil idxalına 25%-lik rüsum tətbiq edib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. “Əslində, tarif qərarını Konqres təsdiqləməlidir. Konqres Donald Trampa iqtisadiyyatla bağlı fövqəladə səlahiyyətlər verib, lakin o, sadə səs çoxluğu ilə fövqəladə vəziyyətin olmadığını təsdiqləyə bilər. Bununla da Trampın bütün bu tarifləri tətbiq etməsinə mane olar”, - xanım senator “MSNBC” telekanalının efirində deyib.
“Tramp tarifləri” dünya iqtisadiyyatını çökdürür Onun iddiasına görə, indi bütün demokratlar Birləşmiş Ştatların fövqəladə vəziyyətdə olmadığını bəyan etməyə hazırdırlar. Onlar Fransa, Kanada, İtaliya, Yaponiya və ya Cənubi Koreya ilə müharibə aparmırlar. Əgər bir neçə respublikaçı demokratları dəstəkləsə, onlar Donald Trampın yaratdığı və ABŞ iqtisadiyyatını uçuruma sürükləyən bu tarif fəlakətinə son qoymaq üçün kifayət qədər gücə malik olacaqlar.