Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyanın heç yerində mina basdırılmamalıdır. Minalar bəşəriyyət üçün çox təhlükəlidir.
APA xəbər verir ki, bunu Füzulidə beynəlxalq səyyahlarla birgə minatəmizləmə prosesini müşahidə edən amerikalı səyyah Ceff Şi deyib.
“Artıq dördüncü dəfədir Azərbaycana səyahət edirəm. Mən bu ölkəni həqiqətən çox sevirəm. İnsanları çox dostcanlıdır, ölkə çox gözəldir. Ötən dəfə mən gələndə burada çox yaxşı tikilmiş modern konstruksiyaları gördüm. Gərgin olmamalıyam, çünki bilirəm ki, bu ərazi təhlükəsizdir, lakin yenə də minalı ərazidə olmaq mənim üçün maraqlı və həyəcanlı təcrübə oldu”,- səyyah əlavə edib.