525.az saytına istinadən Icma.az xəbər verir.
Amerikalı siyasi fəal, prezident Donald Trampın tərəfdarı kimi tanınan Çarli Kirk öldürülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Yuta Universitetində çıxışı zamanı güllələnib. Sosial şəbəkələrdə yayılan görüntülərdə açılan atəşin Kirkin boğaz nahiyəsinə tuş gəldiyi görünür.
Cinayətdə şübhəli bilinən şəxs saxlanılıb, polis araşdırma aparır.
Qeyd edək ki, ABŞ universitetlərindəki kampuslarda tələbələrə mühafizəkar fikirləri yaymaq, qarşılığında heç bir maddi marağı olmayan “Turning Point USA”nın qurucusu olan Çarli Kirkin “X” sosial şəbəkəsində 5.2, Tik-Tokda isə 7.3 milyon izləyicisi var.
İbrahim Cəfərov