Amerikalı tədqiqatçı: COP29un razılaşmaların əldə ediləcəyi bir konfrans olacağını düşünürəm AZƏRTAC

20.11.2024

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Bizim burada olmağımızın əsas səbəbi iqlim dəyişikliyidir. COP29-da iqlim dəyişikliyinin təsirinə məruz qalan ətraf mühitin xilası üçün yollar axtarılır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində ABŞ-ın Vuds HoI Okeanoqrafiya İnstitutunun tədqiqatçısı Lukas Marx deyib.

Tədqiqatçı COP29-da aparılan müzakirələr haqqında da danışıb: “İqlim dəyişikliyi ətraf mühitlə yanaşı, icmalara, əsasən də dəniz səviyyəsinə olduqca mənfi təsir göstərir. Qlobal istiləşmə biomüxtəlifliyin dəyişməsinə səbəb olur. Ümid edirəm ki, danışıqlardan çox konkret addımlar olacaq. COP29-un razılaşmaların əldə ediləcəyi bir konfrans olacağını düşünürəm”.

ABŞ-lı iştirakçı Bakıya ilk səfəri olduğunu bildirərək qeyd edib ki, COP29-da təşkilatçılıq yüksək səviyyədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью