Amerikalı teleaparıcı Con Brenkus 54 yaşında vəfat edib

03.06.2025

Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Amerikalı televiziya aparıcısı Con Brenkus 54 yaşında vəfat edib.

Bu barədə ABC News Brinx TV-yə istinadən xəbər verir.

“ESPN-in “Science of Sports” verilişinin uzun müddət aparıcısı olan Brenkus depressiya ilə mübarizə apardıqdan sonra vəfat edib”, – bəyanatda deyilir.

Aparıcının ölüm şəraiti barədə məlumat verilmir. Onun mayın 31-də dünyasını dəyişdiyi bildirilir.

Bundan əvvəl məlum olmuşdu ki, amerikalı kino və səs aktyoru Conatan Coss güllələnmə nəticəsində dünyasını dəyişib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью