Amerikalı üzgüçü dünya rekordu müəyyənləşdirib

10.12.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Amerikalı üzgüçü Qretçen Uolş 50 metr məsafəyə kəpənək üsulu ilə üzməkdə dünya rekordu müəyyənləşdirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, idmançı bunu Macarıstanda keçirilən dünya çempionatında reallaşdırıb.

O, 24,02 saniyə nəticə göstərib. Əvvəlki rekord isveçli Tereza Alşammara (24,38 saniyə) məxsus idi.

Qeyd edək ki, 21 yaşlı üzgüçü bu il Parisdə keçirilən Olimpiya Oyunlarında iki qızıl və eyni sayda gümüş medal qazanıb. O, həmçinin 2023-cü ildə keçirilən dünya çempionatında bir qızıl, gümüş və bürünc medal əldə edib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью