“Amerikalılar bu müharibədən çıxacaq” “Avropa Ukraynanı maliyyələşdirə bilməz” AzPolitika onlayn siyasiictimai qəzet

08.11.2024

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Macarıstanın Baş naziri Viktor Orban deyib ki, Ukrayna müharibədə uduzur və gələcəkdə ABŞ dəstəyini geri çəksə, Avropa Ukraynanın müdafiəsini təkbaşına maliyyələşdirə bilməyəcək.

“AzPolitika” xəbər verir ki, bunu “Bloomberg” nəşri Orbanın Macarıstan ictimai radiosuna verdiyi açıqlamaya istinadla yazıb.

Macarıstanın Baş naziri bildirib ki, son hadisələr onun Kiyev, Moskva və Pekində diplomatik missiyasının gəldiyi nəticəni təsdiqləyib və Ukraynanın müharibədə uduzduğunu göstərib: "Amerikalılar bu müharibədən çıxacaqlar. Avropa isə bu müharibəni təkbaşına maliyyələşdirə bilməz".

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью