Amerikalılar Rusiyaya raket zərbələri endirirlər Peskovdan KRİTİK AÇIQLAMA

21.12.2024

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Amerikalı hərbi mütəxəssislər Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etdiyi raketlərin idarə olunmasında iştirak edirlər"

Publika.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Amerika raketləri bizim ərazimizə atəş açır. Onlara amerikalı mütəxəssislər rəhbərlik edir", - Peskov vurğulayıb.

O əlavə edib ki, ABŞ Rusiyaya dost olmayan ölkədir.

Donald Trampı prezident kimi inauqurasiyası münasibətilə təbrik etmək planları barədə suala Peskov cavab verib:

"Çox şey Ağ Evin yeni rəhbərliyinin Moskvaya münasibətindən asılı olacaq".

Hüseyn İbadlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью