“Amerikalılar Ukraynaya pul xərcləmək istəmir”

10.08.2025

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin maliyyələşdirilməsinə son qoymağa çalışır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vitse-prezident Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
Vensin sözlərinə görə, həm o, həm də prezident Tramp hesab edir ki, Amerika artıq Ukraynanın hərbi sənayesini kifayət qədər maliyyələşdirib.
“Amerikalılar öz pullarını, vergilərini bu münaqişəyə göndərməkdən yorulublar”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl dəfələrlə Avropa ölkələrini Ukraynaya yardıma Vaşinqtondan daha az vəsait ayırdıqları üçün tənqid edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью