Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Amerikalıların 59 faizi ABŞ-nin Fələstin dövlətini tanımalı olduğunu düşünür.
Bu barədə "Reuters" və "Ipsos"-un birgə keçirdiyi yeni sorğunun nəticələrində qeyd olunur.Sorğuda iştirak edənlərin 33%-i bu addıma qarşı çıxıb, qalanları isə qərarsız qalıb.
Nəticələr göstərir ki, Demokratlar arasında Fələstin dövlətinin tanınmasına dəstək səviyyəsi yüksəkdir — onların 80 faizi bu qərarı müdafiə edir, yalnız 16%-i əleyhinə çıxır.Respublikaçılar arasında isə dəstək daha az olsa da, bu partiyanın seçiciləri arasında da 41 faiz tanınmanı müsbət qiymətləndirib.
Lakin respublikaçıların əksəriyyəti — 53 faiz — Fələstin dövlətinin tanınmasına qarşı mövqe bildirib.
"AzPolitika.info" Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.