Amerikalının pitbul cinsindən olan itlərə sevgisi ona baha başa gəldi

16.10.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Texas ştatının 45 yaşlı sakini Xose Kastilyo öz evində saxladığı iki pitbul cinsindən olan itlər tərəfindən parçalanıb.

Oxu.Az "People" nəşrinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.

İtlərin qəfil hücumuna məruz qalan texaslıya qonşusu kömək etməyə çalışıb. O, pitbulları bıçaqla vursa da, ev heyvanları sahiblərini buraxmayıblar.

Az sonra itlərinin hücumu dayandırmaq üçün hadisə yerinə gələn polislər heyvanları güllələyiblər.

Yalnız bundan sonra pitbullar sahiblərindən əl çəkiblər. Artıq çox gec olduğundan, zərərçəkmişin hadisə yerində öldüyü müəyyənləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью