Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Amerikan futbolunun əfsanəsi Con Maddenin həyatından bəhs edən "Madden" idman dramı noyabrda tamaşaçılara təqdim olunacaq.
Kulis.az xəbər verir ki, Devid O. Rassellin rejissorluğu ilə ərsəyə gələn filmdə Nikolas Keyc məşhur məşqçi Con Maddeni, Kristian Beyl isə "Oakland Raiders" klubunun sahibi Al Devisi canlandırır.
Ekran işi Maddenin 1977-ci ildəki çempionluğundan başlayaraq video oyun şirkəti yaratmasına qədər uzanan uğur yolunu əks etdirir.
Heyətdə Katrin Han, Con Mulani və Sienna Miller də yer alıblar.
Qeyd edək ki, filmin rəsmi treyleri vasitəsilə aktyorların radikal görünüş dəyişikliyini və filmin ilk kadrlarını izləmək mümkündür.
"Emmi 2026"nın qalibləri açıqlandı Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə