Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ı 47-ci prezident Donald Trampa və onun siyasətinə qarşı etirazlar bürüyüb.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, Bu barədə CBS yazıb və hadisə yerindən fotolar dərc edib. Etirazlar ölkəni bürüyüb.
İştirakçılar iki həftə ərzində “O mənim prezidentim deyil”, “Krallara yox”, “Bu, çevrilişdir”, “Qorxaqlar Trampa baş əyir, vətənpərvərlər, ayağa qalxın!”, “Mask getməlidir” və s.
şüarlarla Amerika şəhərlərinin küçələrinə çıxırlar. Vətəndaşlar immiqrantlara təzyiqlərə və xərclərin azaldılmasına etiraz edirlər.
Ən böyük mitinqlər Florida və Kaliforniyada baş tutub. Hətta havanın o qədər də isti olmadığı digər ştatlarda da etirazçılar küçələrə axışır
Media mitinqlərdə, o cümlədən “Krallara Yox” aksiyasında yüzlərlə etirazçının iştirak etməsi haqda məlumat yayıb.
Mitinqlərdə insanlar Trampın və onun müşaviri, milyarder və administrasiyanın sözlərinə görə, federal xərcləri azaltmaq üçün vəzifəyə təyin edilmiş Hökumətin Səmərəliliyi Departamentinin ("DOGE") rəhbəri İlon Maskın siyasətini pisləyirlər.