Amerikanın Electron raketi YATA nın eksperimental peykini orbitə çıxarıb

14.12.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Amerika istehsalı olan "Electron" raketi bazar günü Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinin (YATA) yeni texnologiyaların sınağı üçün nəzərdə tutulmuş "RAISE-4" adlı eksperimental peykini uğurla orbitə çıxarıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə raketin istehsalçısı olan "Rocket Lab" şirkəti açıqlama yayıb.

"Faydalı yükün orbitə çıxarılması təsdiqlənib", – deyə məlumatda qeyd olunub.

İki mərhələli "Electron" raketinin "Kick Stage Curie" sürətləndirici bloku ilə birlikdə "Raise and Shine" missiyası çərçivəsində buraxılışı Yeni Zelandiyanın Mahia yarımadasındakı "LC-1" start kompleksindən yerli vaxtla saat 16:09-da (Bakı vaxtı ilə 07:09-da) həyata keçirilib. Təxminən bir saat sonra peyk 540 km hündürlükdə nəzərdə tutulan orbitə çıxarılıb.

Qeyd olunub ki, "RAISE-4" aparatının bortunda Yaponiyanın özəl şirkətləri, universitetləri və elmi-tədqiqat institutları tərəfindən hazırlanmış 15 müxtəlif qurğu və avadanlıq nümunəsinin orbit sınaqları aparılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью