Amerikanın pilotsuz təyyarəsi vurulub

14.09.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SAPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazı üzərində ABŞ-ın MQ-1 pilotsuz təyyarəsini vurub. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: 

"Dəqiqə əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun qabaqcıl hava hücumundan müdafiə sistemi tərəfindən qabaqcıl MQ-1 pilotsuz təyyarəsi aşkar edilərək məhv edilib".

Mətbuat xidmətinin məlumatına görə, hadisə Hörmüz boğazı üzərindəki səmada baş verib.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью