“Amerikanın səsi” 83 ildən sonra susdu KONKRET

16.03.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Amerikanın səsi” radiostansiyası 1300-dən çox əməkdaşını inzibati məzuniyyətə göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun direktoru Maykl Abramovits açıqlama yayıb.

Onun sözlərinə görə, “Amerikanın səsi” 83 ildə ilk dəfə yayımını dayandırıb:

“Mən bu gün səhər öyrəndim ki, “Amerikanın Səsi”nin faktiki olaraq bütün heyəti – 1300-dən çox jurnalist, prodüser və köməkçi heyət inzibati məzuniyyətə buraxılıb”.

Qeyd edək ki, “Amerikanın Səsi” ilk dəfə 1942-ci ildə yayıma başlayıb. Onun təxminən 260 milyon dollar illik büdcəsi var idi.

Xatırladaq ki, ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Amerikanın “Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu demişdi. ABŞ Prezidenti Donald Tramo isə martın 14-də 7 federal qurumun ləğvi barədə fərman imzalayıb. Həmin qurumlar arasında “Azadlıq radiosu” və “Amerikanın səsi”ni idarə edən Qlobal Media Agentliyi də yer alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью