Amerikanın Səsi gələn həftə yayımını bərpa edə bilər

03.05.2025

Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“The Washington Post” ABŞ Ədliyyə Nazirliyinin məktubuna istinadən xəbər verir ki, “Amerikanın Səsi” bağlandıqdan sonra gələn həftə fəaliyyətini bərpa edə bilər.

Nəşr qeyd edir ki , “Amerikanın Səsi” radiosunu və digər oxşar KİV-lərə nəzarət edən və maliyyələşdirən ABŞ Qlobal Media Agentliyi (USAGM) ləğv olunduqdan sonra işə qayıdır.

Qeyd olunur ki, USAGM əməkdaşları gələn həftə işə başlayacaq və eyni zamanda Amerikanın Səsi də yayımını bərpa edəcək.

Washington Post daha əvvəl Amerikanın Səsinin əməkdaşlarının ABŞ prezidenti Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırdığını bildirmişdi.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью