“Amerikanın səxavəti olmasaydı, Ukrayna adlı ölkə olmazdı”

21.02.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“ABŞ-nin səxavəti olmasaydı, Ukrayna adlı ölkə olmazdı”. 

Missiya.Az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

O bildirib ki, əgər Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ dövlət başçısı Donald Trampla problemi varsa, ona telefonla zəng etməlidir.

Onun sözlərinə görə, Zelenskinin Avropa turuna çıxıb Trampı pisləməsi Amerika xalqını təhqir etməkdir və bu axmaqlıqdan başqa birşey deyil.

“Ukrayna lideri bu cür hərəkətləri ilə Trampın fikrini dəyişə bilməyəcək. Zelenskinin daha yaxşı məsləhətçilərə ehtiyacı var”, - deyə Vens əlavə edib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью