Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir. Bütün müharibələr kimi, Rusiya-Ukrayna müharibəsi də bir formada bitməlidir.
Rusiya qarşısında qoyduğu strateji hədəfə 3 il ərzində, demək olar ki, çata bilmədi. Ukraynanın da heç bir planı baş tutmadı.
Müharibə uzun zamandır ki, sürünən fazada davam edir. Heç Qərb də istədiyinə tam şəkildə nail olmadı.
Rusiya dağılmadı, Putin devrilmədi, Rusiya çökmədi. Belə olan halda, bu yorucu, milyardlarla dollara başa gələn müharibə dayanmalı idi.
Hətta iddia olunur ki, təkcə Qərb bu müharibəyə görə 2 trilyon xərcə düşüb.
Rusiya Ukrayna müharibəsinin uzanması onsuzda pozulmağa meylli olan İkinci Dünya müharibəsindən sonra yaranmış dünya nizamını pozdu.
BMT-nin isə heç nəyə yaramayan bir qurum olduğu ortaya çıxdı.
Hətta Ukrayna müharibəsinin dayandırılması üçün ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşünə belə BMT nümayəndəsi dəvət edilmədi.