Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular

10.07.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

ABŞ-ın Ermənistandakı səfirliyi bildirib ki, ötən həftə Ermənistanda Amerikanın mühəndislik və konsaltinq şirkəti AECOM-un nümayəndələri səfərdə olublar.

Modern.az xəbər verir ki, səfirliyin yaydığı məlumata görə, AECOM komandası Ermənistan hökumətinin tərəfdaşları ilə birlikdə TRIPP layihəsi çərçivəsində dəmir yolu və digər infrastrukturun inkişafı üçün nəzərdə tutulan əraziləri araşdırıb.

Açıqlamada qeyd olunub ki, layihə iqtisadi artımın sürətləndirilməsinə, nəqliyyat əlaqələrinin genişləndirilməsinə və regional inteqrasiyanın güclənməsinə xidmət etməlidir.

Səfər ABŞ-ın Ermənistanın nəqliyyat və logistika imkanlarının inkişafına göstərdiyi marağın növbəti nümunəsi kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью