Icma.az bildirir, Idman.biz portalına istinadən. Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyevin İdman.biz-ə müsahibəsi - Yığmamızın DÇ-
Bu qarşılaşmada millimizin şanslarını necə dəyərləndirirsiniz? - Bu gün qrupun vacib oyunlarından birini keçirəcəyik.
Fikrimcə, qələbə qazanmaq şansımız 50-nin 50-yədir. - Sizcə, şansları bərabərləşdirən faktorlar hansılardır?
- Qrupdan ikinci olaraq çıxmaq şansımız var. Bunun üçün də əlimizdən gələni edəcəyik. Başa düşürük ki, səfər oyunu daha çətindir.
Üstəlik, rəqibin də şansı olduğu üçün hər iki tərəf var qüvvəsi ilə mübarizə aparacaq. Güclü tərəf biz olmağa çalışacağıq.
Hazırlıqları yekunlaşdırmışıq, tam heyətlə son məşqlərimizi də etmişik. Düşünürəm ki, hər şey yaxşı olacaq.
- Heyətə baxanda təcrübəli oyunçularla gənclərin sintezini görürük.
- Hətta deyərdim ki, təcrübəli oyunçular azdır, gənclərin sayı daha çoxdur.