Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq. Azərbaycan millisinin basketbolçusu Amil Həmsəyevin İdman.biz-ə müsahibəsi - DÇ-2027-nin Av
Matçdan əvvəl bu cür fərq ilə uduzacağınızı gözləyirdiz? - Həqiqətən çox pis oynadıq. Bu qədər fərqi gözləməzdik.
Rəqib çox yüksək faiz nisbəti ilə atışlar etdi. Oyunun əvvəlində səbətin içindən çıxan çox toplarımız oldu.
Buna görə də onların seriyasını qıra bilmədik. Birinci periodda yaranan fərq bütün oyuna təsirini göstərdi.
- Məğlubiyyətin əsas səbəbləri nə idi? - Oyunqurucumuz Cordan Deyvislə heç cür anlaşa bilmədik.
O şəxsi statistikada yaxşı xal topladı, amma komanda şəklində az faydalı oldu.
Yəni biz oyuna başqa cür hazırlaşmışdıq, onunla isə tam fərqli alındı. Bunun nəticəyə böyük təsiri oldu.
- Amma razılaşaq ki, komandadakı gənclər də çox zəif çıxış etdi... - Hazırlaşdığımız komanda oyununu göstərə bilmədik.