Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Pislik yaxşılıqdan daha sürətlə yayılır; onun qoyduğu iz isə çox vaxt yaxşılığın təsirindən daha uzun müddət qalır. Bu həqiqəti dərk etdikdə anlayırsan ki, yaxşılığı artırmaqdan əvvəl pisliyi aradan qaldırmaq daha böyük fəzilətdir və insana daha dərin mənəvi rahatlıq bəxş edir”. (Cemil Sena)
Təhsildə faciələrin qarşısını almaq, baş verənlərə təəssüflənməkdən daha böyük məsuliyyətdir...
Son vaxtlar məktəblərimizdə baş verən xoşagəlməz hadisələr bizi təhsilin mahiyyəti və üzərimizə düşən məsuliyyət barədə daha ciddi düşünməyə vadar etməlidir.
Bir tərəfdən təhsilin keyfiyyətindən, yeni proqramlardan, rəqəmsallaşmadan, şagird nailiyyətlərindən danışırıq. Digər tərəfdən isə məktəb mühitində zorakılıq, aqressiya, təhlükəsizlik problemləri və insan itkisi kimi ağır hadisələrlə qarşılaşırıq.
Əlbəttə, hər hadisənin öz səbəbi, şəraiti və ayrıca araşdırılmalı tərəfləri var. Lakin burada bizi düşündürməli olan daha fundamental bir məsələ mövcuddur:
Biz uşaqları gələcəyə hazırlamağa çalışarkən onların bu gününü nə qədər qoruya bilirik?
Cemil Senanın yaxşılığı çoxaltmaqdan əvvəl pisliyi aradan qaldırmağın əhəmiyyətinə dair fikri məhz burada xüsusi məna qazanır.
Məktəbdə istedadlı şagirdləri mükafatlandırmaq yaxşıdır. Lakin özünü dəyərsiz hiss edən, təcrid olunan, alçaldılan və ya qorxu içərisində yaşayan uşağı vaxtında görmək daha böyük məsuliyyətdir.
Şagirdlərin akademik nəticələrini yüksəltmək vacibdir. Ancaq onların bir-birinə qarşı zorakılığının, müəllimə qarşı hörmətsizliyin, müəllimin şagirdə qarşı ədalətsiz münasibətinin qarşısını almaq təhsilin əsas vəzifələrindəndir.
Məktəblərdə tədbirlər, seminarlar, maarifləndirici görüşlər keçirmək əhəmiyyətlidir. Amma bütün bunlar uşağın gündəlik həyatında təhlükəsiz, ədalətli və qayğıkeş münasibətə çevrilmirsə, gördüyümüz işlərin mahiyyətini yenidən nəzərdən keçirməliyik. Çünki uşağın mənəvi dünyasında açılan bəzi yaraları sonradan qazandırdığımız biliklərlə sağaltmaq mümkün olmaya bilər.
Biz çox vaxt hadisə baş verəndən sonra səbəb axtarır, məsuliyyət müəyyənləşdirir, tədbir görürük. Halbuki təhsilin ən mühüm vəzifələrindən biri hadisə baş verməmişdən əvvəl təhlükəni görmək, uşağın davranışındakı dəyişiklikləri anlamaq, onun susqunluğunu, qorxusunu və köməyə ehtiyacını diqqətdən qaçırmamaqdır.
Bunun üçün təkcə mühafizə, nəzarət və intizam tədbirləri kifayət etmir. Məktəbdə şagirdin çəkinmədən müraciət edə bildiyi müəllim, etibar etdiyi psixoloq, onu dinləyən rəhbərlik və məktəblə məsuliyyətli əməkdaşlıq edən valideyn olmalıdır.
Burada məsuliyyət təkcə müəllimin, direktorun və ya valideynin üzərinə qoyula bilməz. Söhbət bütövlükdə təhsil sisteminin insana münasibətindən, mövcud riskləri vaxtında müəyyənləşdirmək və aradan qaldırmaq bacarığından gedir.
Əslində, məktəbin uğuru təkcə neçə şagirdin yüksək bal toplaması ilə deyil, neçə uşağın özünü təhlükəsiz, dəyərli və gələcəyə ümidli hiss etməsi ilə ölçülməlidir.
Təhsil sisteminin qarşısında duran ən mühüm sual təkcə “Nə qədər uğurlu şagird yetişdirmişik?” olmamalıdır.
Həm də soruşmalıyıq:
“Hansı uşağın köməyə ehtiyacı olduğunu vaxtında görə bilməmişik? Hansı təhlükənin qarşısını ala bilərdik? Hansı uşağın səsini vaxtında eşitməmişik?”
Bu suallara vicdanla cavab vermədən təhsildə keyfiyyətdən danışmaq kifayət deyil.
Həm də unutmamalıyıq ki, yaxşı təhsil təkcə insanı yüksəltməyə çalışan deyil, onun alçalmasına, əzilməsinə, ümidsizliyə düşməsinə imkan verməyən sistemdir.
Təhsildə ən böyük nailiyyət təkcə uğurlu insan yetişdirmək deyil, insanı itirmədən yetişdirməkdir. Çünki bir uşağın həyatı, ləyaqəti və mənəvi sağlamlığı heç bir akademik göstəricidən az əhəmiyyət kəsb etmir.
P.S.Cemil Senanın fikrindən ilhamlanaraq…
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Təhsildə faciələrin qarşısını almaq, baş verənlərə təəssüflənməkdən daha böyük məsuliyyətdir...