Amil Yunanov pula görə Albaniya klubunu şikayət etdi

09.12.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin sentyabr ayında Albaniyanın “Bilis” klubuna keçən Azərbaycan millisinin sabiq futbolçusu Amil Yunanov komandadan ayrılıb.

News24.az xəbər verir ki, Azərtac-ın əldə etdiyi məlumata görə, 31 yaşlı hücumçu müqaviləyə birtərəfli şəkildə xitam verib. Təcrübəli oyunçu Superliqa təmsilçisinin ona olan borcuna görə FIFA-ya müraciət edib. Məsələ gələn ilin fevral-mart aylarında həllini tapacaq.

Yaxın günlərdə isə forvardın yeni klubu müəyyənləşəcək.

Xatırladaq ki, Amil Yunanov bir müddət öncə “Bilis” klubunun müqavilədə göstərilən öhdəlikləri yerinə yetirmədiyi üçün komandanı tərk etmək qərarına gəlmişdi. Lakin Albaniya təmsilçisi sonradan hücumçunu düşərgəyə qaytarmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью