Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kikboksinq üzrə azərbaycanlı dünya çempionu Amin Quliyev növbəti titulunu qazanıb.
İdman.biz xəbır verir ki, təmsilçimiz Tailanda Dünya kubokunun qalibi olub.
Quliyev Banqkokda keçirilən yarışda K-1 qaydaları ilə 67 kq çəkidə mübarizə aparıb. O, bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb.
Qeyd edək ki, Amin dünya və Avropa çempionu, III Ümumdünya Kombat Oyunlarının qalibidir.
İdman.biz