Amin Quliyev və Tyson Elvin Məmmədov qızıl medal qazanıblar | Icma.az
Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amin Quliyev və Tyson Elvin Məmmədov qızıl medal qazanıblar 19-25 Noyabrda Türkiyənin Antalya şəhərində keçirilən Hərbi Kikboksinq üzrə 1-ci "CISM"Açıq Çempionatında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə Dünya və Avropa çempionu Eduard Məmmədovun tələbələri Ağ canavar Amin Quliyev və Tyson Elvin Məmmədov hər ikisi qızıl medal qazanıblar.
BiG.AZ xəbər verir ki, bu yarışda 11 ölkə Türkiyə,Bosniya,Üzbəkistan,Kazağıstan,Azərbaycan,Almaniya,Ekvafor,Fransa,Polşa,Tayland arasında ən mükəmməl məşqçi "BEST COACH" adına layiq görülüb.
Azərbaycan Kikboksinq Federasiyasının milli komandası ümümən 7 qızıl,1 gümüş və 4 bürünc medal qazanıb.
"Bu qələbəmizi Şəhidlərimizə həsr edirik.Allah Şəhidlərimizə Rəhmət Etsin!
Başda Suraxanı rayon icra başçısı, Azerbaycan Kikboksinq Federasiyasının Fəxri Prezidenti cənab Adil Əliyev və Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti cənab Orxan Əliyevə təşəkkürlərimi bildiririk" ,- deyə onlar bildirib.
Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu