Amin Seydiyev bu klubla müqavilə bağladı

04.06.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sabah"la vidalaşan Amin Seydiyevin yeni iş yeri bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın güvənmədiyi cinah müdafiəçisi karyerasını "Zirə"də davam etdirəcək.

Seydiyev artıq "qartallar"la müqavilə bağlayıb. Qəsəbə təmsilçisinin keçidi yaxın vaxtlarda açıqlayacağı gözlənilir.

"Sabah"ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə Kubokunu qazanan milli üzvü klub tarixində ən çox oyun keçirmiş futbolçudur.  O, 2020-ci ildən formasını geyindiyi "bayquşlar"ın heyətində 186 matça çıxaraq 7 qolla yadda qalıb.

Toğrul
 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью